📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ, Misir və Qətərdən İsrail ilə HƏMAS-a müraciət

2024-08-09 10:26:24

ABŞ, Misir və Qətərdən İsrail ilə HƏMAS-a müraciət

Hurriyyet.az xəbər verir ki, ABŞ, Misir və Qətər dövlətləri birgə bəyanatla çıxış edərək İsrail ilə HƏMAS-ı danışıqlar masasına qayıtmağa çağırıblar. 
Üç dövlətin birgə bəyanatı Ağ Evin rəsmi saytında yerləşdirilib. Bəyanatda deyilir: "Tərəflərdən heç birinin bundan sonra da yubanmaq üçün nə zamanı, nə də bəhanəsi var. Girovları azadı etmək, atəşi dayandırmağa başlamaq və razılaşmanı reallaşdırmaq vaxtı çatıb".
Əlavə olaraq bildirilir ki, ABŞ, Misir və Qətər münaqişə tərəflərini avqustun 15-də, Doha və ya Qahirədə müzakirələrə yenidən başlamağa çağırıblar. Danışıqların yeni mərhələsinin girovların təhvil verilməsi məsələlərini nizamlamağa imkan yaradacağı güman edilir.
Hürr Tərcüman