📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ MKİ-nin binasını Kiyevdən köçürdü

2022-02-16 10:18:00

ABŞ MKİ-nin binasını Kiyevdən köçürdü

ABŞ hakimiyyəti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ukrayna rezidentliyini müvəqqəti olaraq Kiyevdən köçürüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb.

Qəzetin yazdığına görə, Dövlət Departamenti diplomatik korpusunu Lvova köçürdüyünü elan etdikdən bir gün sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rezidentliyini müvəqqəti olaraq Kiyevdən çıxarıb.

Nəşrin yazdığına görə, MKİ əməkdaşlarının Kiyevdən köçməsi Rusiyanın Ukraynada iddia edilən fəaliyyəti barədə məlumat toplamaqda çətinlik yarada bilər.