ABŞ MN-dəki tədbirdən qayıdan Qriqoryan Londona səfərə hazırlaşır
2023-12-06 15:42:19
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 8-də Böyük Britnaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərinə işgüzar səfər edəcək.
Bu barədə məlumatı Təhlükəsizlik Şurasının mətbuat xidməti verib.
Xəbər verdiyimiz kimi, bu günlərdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ müdafiə nazirinin köməkçisinin müavini Lora Kuper ilə görüş keçirib. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, birgə proqramların reallaşdırılması məsələsində fikir mübadiləsi aparıblar.
Hürr Tərcüman