ABŞ-nin tanıdığı yeni terror təşkilatı
Hurriyyet.az xəbər verir ki,ABŞ Dövlət Departamentindən verilən açıqlamada ABŞ-ın etnik səbəblərə görə zorakılıq təhlükəsindən narahat olduğu bildirilib.
Bəyanatda ABŞ-ın Skandinaviya Müqavimət Hərəkatını (MHH) avropalı tərəfdaşları ilə məsləhətləşdikdən sonra terror təşkilatı kimi tanımağa qərar verdiyi, hərəkatın və onun 3 liderinin “Xüsusi olaraq təyin edilmiş qlobal terrorçular” kimi tanındığı bildirilib.
Bəyanatda təşkilat üzvlərinin siyasi opponentlərə, etirazçılara və jurnalistlərə qarşı şiddətli hücumlar təşkil etdiyi, MHM-nin “bıçaqla döyüş” kimi şiddətli təlimlər təşkil etdiyi vurğulanıb.
İsveç qanunları ilə təşviq edilən neonasistlər yəhudiləri və müsəlmanları hədəf alır
Bəyanatda sözügedən təşkilat Norveç, Danimarka, İslandiya və Finlandiyada şöbələri olan İsveçin ən böyük neonasist qrupu olaraq xarakterizə edilib.