📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin 165 qız uşağını qətlə yetirməsi Senatda müzakirə ediləcək - Kəşfiyyat rəsmiləri hesabat verir

2026-03-18 20:44:09

ABŞ-nin 165 qız uşağını qətlə yetirməsi Senatda müzakirə ediləcək - Kəşfiyyat rəsmiləri hesabat verir

Bu gün ABŞ Senatının Kəşfiyyat Komitəsində dinləmələr keçirilir.

CBS-nin xəbərinə görə, dinləmələrdə Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard və digər yüksək səviyyəli kəşfiyyat rəsmilərinin İran müharibəsi və ölkə daxilində terror təhlükələri barədə çıxışı gözlənilir.

Bu, Tramp administrasiyasının yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri üçün Milli Antiterror Mərkəzinin rəhbəri Co Kentin istefasından sonra ilk ictimai çıxış olacaq.

Çıxış edəcək digər rəsmilər arasında Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Con Retklif, Federal Təhqiqat Bürosunun direktoru Kaş Patel, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Ulyam Hartman və Müdafiə Kəşfiyyat Agentliyinin direktoru Ceyms Adams yer alıb.

Dinləmələr zamanı xüsusilə ABŞ-ın köhnəlmiş kəşfiyyat məlumatlarına əsaslanaraq İranda bir ibtidai məktəbə atdığı raket zərbəsi nəticəsində 165-dən çox qız uşağının qətlə yetirilməsi məsələsinin müzakirə edilməsi də gözlənilir.

Ağ Ev bildirir ki, hadisə hələ də araşdırılır.

Dinləmələr sabah Nümayəndələr Palatasında davam etdiriləcək.

Qeyd edək ki, Co Kent İrana qarşı müharibəni dəstəkləmədiyi üçün istefa verib.