📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin 45-ci Prezidenti: "Moskvanı bombalamağa hazıram"

2024-05-29 16:52:54

 ABŞ-nin 45-ci Prezidenti:

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın eks-prezidenti Donald Tramp  seçki kampaniyası üçün vəsait toplama tədbirləri çərçivəsində donorlarla görüşüb və Moskva ilə Pekini bombalamağa hazır olduğunu bildirib. Bu barədə mənbələrə istinadla “The Washington Post” nəşri məlumat yayıb.
Donald Tramp tədbirlərin birində prezidentliyi dövründə Ukraynada müharibənin başlamış olsaydı, yaxud da Çin Tayvanı işğal etsəydi, Moskva və Pekini bombalamağa hazır olduğunu deyib.
Ekspertlərin fikrincə, Tramp bunu onu dəstəkləyən maliyyə donorlarının rəğbətini qazanmaq üçün söyləyib. 
Hürr Tərcüman