📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

2024-09-27 12:28:36

ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

O, həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

"Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik", - deyə paylaşımda qeyd edilib.