ABŞ-nin dəstəyi olmasaydı, Ukrayna bir günə uduzardı - TRAMP
2026-03-17 21:57:12
ABŞ-nin dəstəyi olmasaydı, Ukrayna bir günə uduzardı.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp ABŞ-ninUkraynaya yardım etdiyini, lakin müttəfiqlərin eyni şəkildə cavab vermədiyini qeyd edib və bunu NATO üçün mənfi hal adlandırıb.
ABŞ Prezidenti əlavə edib ki, Bayden Ukraynaya 350–400 milyard dollar, o cümlədən nağd vəsait verib və bu vəsaitlərin hara xərcləndiyi araşdırılmalıdır.