📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin UKRAYNADA NƏ İSTƏDİYİ MƏLUM OLDU – Ağ ev tarixi ənənələrindən əl çəkmir

2023-04-24 17:02:00

ABŞ-nin UKRAYNADA NƏ İSTƏDİYİ MƏLUM OLDU – Ağ ev tarixi ənənələrindən əl çəkmir

İraqı işğal etdikdən sonra Kərkük neftini mənimsəyən ABŞ, indi də Ukraynadakı neft və qaz yataqlarını sahiblənməyə çalışır.

Hurriyyet.az Britaniyanın “Financial Times” nəşrinə istinadla xəbər verir ki, ABŞ şirkətləri Ukraynanın neft və təbii qaz yataqlarını almağa hazırlaşırlar.

Məlumata görə, Ukraynanın dövlət enerji şirkəti olan “Naftoqaz” ABŞ-ın İraq neftini mənimsəməsiylə tanınan “Halliburton”, “Exxon” və “Chevron” neft şirkətləri ilə razılığa gəlməyə yaxındır.

Xəbərdə qeyd olunur ki, “Naftoqaz” Ukraynanın neft və qaz yataqlarını ABŞ şirkətlərinə satmağa hazırlaşır. Müqavilə əsasında həm quruda, həm də Ukraynanın Qara dəniz sahillərindəki təbii ehtiyatlarının milyardlarla dollar qarşılığında özəlləşdiriləcəyi vurğulanır.

“Financial Times” ABŞ şirkətlərinin İraq neftinə necə sahibləndiklərini izah edib və Ağ evin əsl niyyətinin hər zaman təbii sərvətlər olduğuna diqqət çəkib.

 

Bu barədə qeyd olunur ki, 2003-cü ildə ABŞ-ın İraqı işğal etmə planının baş memarı məhz “Halliburton” neft şirkətinin qurucularından Dik Çeyn olub.

Dik Çeynin 2000-ci ildə ABŞ-dakı prezident seçkilərinə qədər şirkətdə baş direktor vəzifəsində çalışdığı, daha sonra isə 36 milyon dollarlıq payını sataraq Corc Buşun komandasına qoşulduğu bildirilir. İraqın işğalından sonra “Halliburton” neft şirkəti 7 milyard dollarlıq tenderin qalibi oldu və İraq neftinə sahibləndi. Daha sonra isə eyni qaydada “Exxon” və “Chevron” şirkətləri də İraq neftini mənimsəməyə başladılar.

Xəbərdə bildirilir ki, Ukraynanın 900 milyard kubmetr təbii qaz və neft ehtiyatı var. Ehtiyatların əhəmiyyətli hissəsi müharibənin mərkəzində olan Donetsk-Donbas bölgəsində və Rusiyanın nəzarəti altında olan Qara dəniz-Krım bölgələrində yerləşir. Digər tərəfdən, Donbasla həmsərhəd olan Dnepropetrovsk vilayəti də təbii qazla çox zəngindir.

azpolitika.info