ABŞ, Norveç və Danimarkanın Kabuldakı səfirlikləri bağlanacaq
Hurriyyet.org xəbər verir ki, ABŞ öz diplomatik missiyasını Əfqanıstanın paytaxtından tamamilə çıxarmaq niyyətindədir.
Bu xəbəri ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinad edən “Politiko” (Politico) nəşri yayıb. Pentaqon öz ölkəsinin Kabulda yerləşən səfirliyinin bütün əməkdaşlarını evakuasiya etməyə hazırlaşır. Nəşrə məlumat verən mənbə bildirib ki, ABŞ rəhbərliyi əvvəllər səfirlikdə irimiqyaslı ixtisarlar barəsində düşünürdü: Kabuldakı 4 min səfirlik işçisinin yalnız bir neçə minini saxlamaq nəzərdə tutulmuşdu. Vəziyyətin gərginləşməsi qərarın da dəyişməsinə səbəb olub.
Danimarka və Norveç dövlətləri də öz diplomatik missiyalarının tam heyətlə Kabuldan köçürüləcəyini bəyan ediblər. Bu ölkələrin hədbçiləri NATO-nun “Taliban” radikal hərəkatının döyüşçülərinə qarşı 20 il davam edən hərbi əməliyyatlarında iştirak ediblər.
Taliblər ölkənin əksər rayonlarına nəzarəti ələ keçiriblər. Proqnozlara görə, onlar yaxın zamanlarda paytaxt Kabula da nəzarət edə bilərlər.