ABŞ növbəti dəfə Gürcüstanı təhdid edib
2024-06-04 16:49:49
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, ABŞ növbəti dəfə Gürcüstanı sanksiyalar tətbiq edəcəyi ilə təhdid edib. ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Mettyü Miller xarici agentlər barəsində qanunun qüvvəyə minməsi ilə əlaqədar, ölkəsinin Gürcüstana qarşı dərhal məhdudiyyətlər tətbiq eləməyə hazır olduğunu bir daha bəyan edib.
Miller Gürcüstanın viza məhdudiyyətləri ilə qarşılaşacağını deyərək əlavə edib: "Biz münasibətlərimizi yenidən nəzərdən keçirməyə başlamışıq və Gürcüstan hökumətinin addımlarına cavab verməyə hazırlaşırıq".
Hürr Tərcüman