📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ nümayəndəsi: İranın İsrail-HƏMAS müharibəsində iştirak niyyətinə dair heç bir əlamət yoxdur

2023-11-09 23:45:19

ABŞ nümayəndəsi: İranın İsrail-HƏMAS müharibəsində iştirak niyyətinə dair heç bir əlamət yoxdur

İran və ya onun regiondakı proksilərinin İsrail-HƏMAS müharibəsində iştirak niyyətində olmasına dair heç bir əlamət yoxdur.

Bunu ABŞ-nin Yaxın Şərq humanitar məsələləri üzrə xüsusi nümayəndəsi Devid Satterfeld onlayn brifinqdə bildirib.

O, əlavə edib ki, Livan-İsrail sərhədindəki vəziyyət potensial olaraq səhv hesablamalara yol aça bilər, lakin ümumilikdə Livanın münaqişədə iştirak edəcəyinə ehtimal yoxdur.

“Biz Livan və İsrailin iştirakı ilə münaqişənin qaçılmaz olduğuna inanmırıq”, - xüsusi nümayəndə vurğulayıb. \\APA