📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ nüvə sınaqlarına başlasa, biz də başlayacağıq" - Rusiya XİN

2023-10-10 16:18:55

“Rusiya Federasiyası nüvə sınaqlarını bərpa etməyə hazır olmalıdır”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

O bildirib ki, Rusiya ABŞ-nin nüvə sınaqlarına başlamasına hazır olmalıdır: “Əgər belə bir şey olarsa, biz güzgü kimi cavab verəcəyik. Yəni biz də nüvə sınaqlarına başlayacağıq”.

Nazir müavini vurğulayıb ki, bu, son dərəcə mənfi ssenari olacaq.