📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Ordumuzun müharibədəki təcrübəsi ilə maraqlanır

2023-06-26 15:15:00

ABŞ Ordumuzun müharibədəki təcrübəsi ilə maraqlanır

ABŞ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki təcrübəsi ilə maraqlanır.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində bildirib.

“Müavinim, Hərbi Hava Qüvvələrinin komandanı ABŞ-da olub. O, orada ordu rəhbərliyinin nümayəndələri ilə görüşüb. Gündəmdə əməkdaşlıq, qarşılıqlı fəaliyyət məsələləri var. Daha artığını deyəcəyəm. Bu, sirr deyil, onlar İkinci Qarabağ müharibəsindəki hərbi təcrübəmizlə maraqlanırlar”, - Z.Həsənov qeyd edib./axar.az/