ABŞ ordusunda gərginlik! Oğurlanmış silahlar haradadır?
Hurriyyet.az xəbər verir ki, 2010-cu illərdə ABŞ ordusunun cəbbəxanasından oğurlanan silahlar ölkədə etibar böhranına səbəb olub. Oğurlanan ordu silahlarının müxtəlif cinayətlərdə istifadə edilməsindən sonra ABŞ Konqresi yeni sərt tədbirlər görməyə hazırlaşır.
ABŞ mətbuatında dərc edilən hesabatlara görə, 2010-cu illərdə ABŞ ordusundan 2000 ədəddən artıq silah oğurlanıb. Oğurlanmış silahlardan müxtəlif cinayətlərin törədilməsində istifadə edilib.
Türkiyənin “Star” qəzetinin “Assoşieyted Press” (Associated Press – AP) agentliyinə istinadən verdiyi xəbərə görə, AP-nin 2021-ci ildə hazırladığı hesabat ABŞ Konqresini silahların oğurlanmasına yol verən sistemli problemləri həll eləmək üçün yeni düzəlişlər eləməyə məcbur edib.
AP hesabatına görə, 2010-cu illərdə ordu, dəniz piyadaları və hava qüvvələrindən 2000-dən artıq hərbi odlu silah oğurlanıb və onlardan bəziləri zorakılıq cinayətlərində istifadə edilib. Bunun qarşılığında Konqres üzvləri ordunun şöbələrinin silah oğurluqları barəsində məlumat verməsi və bunun qarşısının alınması üçün Milli Müdafiə Səlahiyyəti Qanununa düzəlişlər edəcək.
Konqres üzvlərinin qanun layihəsini ABŞ Prezidenti Cozef Baydenə göndərməzdən əvvəl müzakirə eləməsi gözlənilir.
ABŞ Baş Qərargah rəisi general Mary Mayli iyun ayında dərc edilən hesabatdan sonra odlu silahların oğurlanmasını dayandırmaq üçün Müdafiə Nazirliyinin “sistemli tənzimləmə” aparmağa çalışacağını söyləyib. Lakin Konqres üzvləri Müdafiə Nazirliyinin fəaliyyətinin uğurlu olub-olmayacağından əmin deyillər.
Hürr Tərcüman