📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ABŞ ordusunu Kiyevə kömək üçün göndərməyəcəyəm” – Tramp

2024-06-21 22:53:13

“ABŞ ordusunu Kiyevə kömək üçün göndərməyəcəyəm” – Tramp

ABŞ-nin keçmiş prezidenti Donald Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, ABŞ qoşunlarını Ukraynaya göndərməyəcəyinə söz verib.
Bu barədə Tramp “All-In Podcast” yutub kanalına verdiyi müsahibə zamanı Ukrayna torpaqlarında Amerika ordusunun olmayacağına zəmanət verə biləcəyi sualına cavab verərkən deyib.
“Bəli, mən buna zəmanət verirəm, bunu etməyəcəyəm”, - Tramp deyib.
Tramp onu da qeyd edib ki, münaqişəyə səbəb məhz Ukraynanın NATO-ya qoşulması ilə bağlı söhbət olub:
“20 ildir ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün əsl problem olacağını eşitmişəm və mən bunu çoxdan eşidirəm və düşünürəm ki, bu müharibənin başlanmasına səbəb olub”.
Keçmiş prezident vurğulayıb ki, Bayden bir çox yanlış şeylər, o cümlədən Ukraynanın NATO-ya daxil olması ilə bağlı danışıb. \\Yeniavaz.com