ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq
ABŞ ordusunun nümayəndəsi Ermənistan Müdafiə Nazirliyində çalışacaq. Bunu ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya deyib.
O, bunu “arzulanan proses” adlandırıb ki, bu da “erməni-amerikan münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə keçidin tarixi faktına işarə edir”.
Onun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olması problem yaratmayacaq. “Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazda regional sülh və sabitliyə töhfə verdiyinə dair heç bir arqument yoxdur”, deyə Zeya əlavə edib.
Doğrudan da, ABŞ niyə İrəvanın KTMT-dən çıxmasını tələb etməlidir? Ermənistanın təşkilata “yarımüzvlüyü” bir növ təşkilatın daxili məxfi məlumatlarına və dolayısı ilə qurumun üzvlərinin, o cümlədən Rusiyanın müdafiə potensialına dair məlumatlara çıxışı nəzərdə tutur. Belə məlumatlar həmişə yerinə düşər.
Ülviyyə, Hurriyyet.az