ABŞ: “Osman Kavala çağırışı Vyana müqaviləsinə uyğundur”
Hurriyyet.az BBC kanalının türk redaksiyasına istinadən xəbər verir ki, ABŞ XİN mətbuat katibi Ned Prays 18 oktyabr tarixində bəyan edilən, Türkiyə ilə münasibətlərində gərginlik yaradan Osman Kavala ilə bağlı çağırışın Vyana müqaviləsinin 41-ci maddəsinə əsaslandığını söyləyib.
Mətbuat nümayəndələri ilə görüşdə jurnalistlərin suallarına cavab verən Prays deyib: “Bayden iqtidarı ortaq prioritetlər müstəvisində Türkiyə ilə əməkdaşlıq axtarışındadır”.
Anlaşılmazlıqları həll eləmək üçün hər bir NATO müttəfiqi ilə olduğu kimi, Türkiyə ilə də dialoq qurmağa davam edəcəklərini bildirən Prays ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildin Türkiyədə vəzifə başında olduğunu bildirib.
ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zellandiyanın Türkiyədəki səfirlikləri biznesmen Osman Kavalanın həbsinin 4-cü ili olan 18 oktyabr tarixində yaydıqları ortaq bildirişdə Kavalanın azadlığa buraxılması üçün Türkiyəyə çağırış eləmişdilər.
Bunun ardından isə Prezident R.T.Ərdoğan bu səfirlərin “arzuolunmaz şəxs” elan edilmələri üçün Xarici İşlər naziri Mövlud Çavuşoğluna təlimat verdiyini açıqlamışdı.
Hürr Tərcüman