ABŞ öz vətəndaşlarına Ermənistanın 5 rayonuna getməyi qadağan etdi
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına təhlükə barəsində xəbərdarlıq edib.
“Novosti Armeniya” portalının məlumatına görə, amerikalı diplomatlara və onların ailələrinə sərhəddəki 13-14 sentyabr hadisələrindən sonra Tavuş, Qeqarkunik, Vayotsdzor vilayətlərinə və bir sıra digər rayonlara zərurət olmadan səfər eləmək qadağan edilib.
ABŞ-ın Ermənistandakı səfirliyinin saytında qadağan edilən 5 rayonun adı qeyd edilib:
Tavuş vilayəti – M4 trassında İcevanın şimalına qədər və bütün şərq rayonları
Geqarkunik vilayətinin Sevan (Göyçə) gölünün şərqindəki rayonu
Geqarkunik vilayətinin Sevan gölündən cənubdakı və M10 trassından şərqdəki rayonu
Ararat vilayətinin Yerasx gəndi
Vayotsdzor vilayətinin Yexeqnadzordan şərqdəki rayonu
Sünik vilayəti
Hurr Tərcüman