ABŞ öz vətəndaşlarını Belarusu tərk eləməyə çağırdı
2023-08-21 20:22:02
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Minskdəki səfirliyi avqustun 21-də etdiyi müraciətində ABŞ vətəndaşlarını Belarusu tərk eləməyə çağırıb. Səbəb Avropa İttifaqı ilə sərhəddəki sərhəd-keçid məntəqələrinin bağlanmasıdır.
Diplomatik missiyanın rəsmi saytında yerləşdirilmiş açıqlamada deyilir: “ABŞ vətəndaşları Belarusu tərk eləməlidirlər. Litva və Latviya ilə açıq qalmış sərhəd məntəqələrindən və ya təyyarə vasitəsi ilə ölkəni tərk eləmək imkanlarını nəzərdən keçirib. ABŞ vətəndaşlarına Belarusdan Polşaya quru yolu ilə getməyə icazə verilmir. Rusiya və ya Ukraynaya getməyin”.
Hürr Tərcüman