ABŞ öz vətəndaşlarını Çinə səfər etməməyə çağırıb
2023-07-04 12:20:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamenti amerikalıları Çinə səfər eləməkdən imtina eləməyə çağırıb.
Bu barədə məlumat Departamentin saytında yerləşdirilib.
Dövlət Departamentinin məlumatına görə, xəbərdarlıq edilməsinin səbəbi “hüquqa zidd saxlanılmalar riski, o cümlədən bəzi səfərlərə qadağalardir”.
Amerika məmurları öz vətəndaşlarını Çinin materik hissəsinə, həmçinin, Makao və Honkonq kimi inzibati rayonlara gedərkən ehtiyatlı olmağa çağırırlar.
Hürr Tərcüman