📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ öz vətəndaşlarını dərhal Rusiyanı tərk eləməyə çağırdı

2022-09-28 18:07:00

ABŞ öz vətəndaşlarını dərhal Rusiyanı tərk eləməyə çağırdı

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ öz vətəndaşlarını dərhal Rusiyanı tərk eləməyə çağırıb.

Birləşmiş Ştatların Moskvadakı səfirliyinin xəbərdarlığında bildirilir ki, ikili vətəndaşlığa malik olan şəxslər Rusiya Federasiyasında elan edilmiş qismən səfərbərliyə cəlb oluna bilərlər. Səfirlik bildirir ki, belə olan halda ABŞ öz vətəndaşlarına yardım edə bilməyəcək.

Açıqlamada qeyd edilir ki, Rusiyadan kommersiya reyslərinin sayı həddən artıq məhdudlaşdırılsa da, ölkəni tərk eləmək hələ də mümkündür.

Hürr Tərcüman