📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ Paşinyanı Azərbaycanın daxili işinə qarışmağa vadar etməyə çalışır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-20 11:36:29

"Müharibəyə qoşulmayacağını bəyan edən Paşinyan erməniləri çıxılmaz vəziyyətdə qoyaraq, reallığı qəbul etdirməyə sövq edir"

"Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkibində tanıyan sülh müqaviləsini uzadırdı ki, daxildə onu devirə bilərlər. Dünənki açıqlamasıyla isə müharibəyə qoşulmayacağını bəyan etdi. Paşinyan erməniləri çıxılmaz vəziyyətdə qoyaraq, reallığı qəbul etdirməyə sövq edir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Paşinyan sülh danışıqlarında açıq deyəcək ki, Azərbaycan Qarabağa tam nəzarət edir və başqa yolu yoxdur: "Odur ki, "Sülh müqaviləsinə imza atmalıyam" deyəcək. ABŞ dövlət katibinin Ermənistan və Azərbaycana zəng etməsi isə absurddur. Ermənistanla Azərbaycan müharibə etmir ki, danışaqlar başlasın. Paşinyan yaxasını kənara çəkir, Vaşinqton isə Paşinyanı Azərbaycanın daxili işinə qarışmağa vadar etməyə çalışır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az