“ABŞ polisi 2021-ci ildə 1055 nəfəri güllələyib”
2022-02-10 17:22:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ polisi 2021-ci ildə azı 1055 nəfəri güllələyib. Bu barədə məlumatı “Vaşinqton Post” qəzeti verib. Qəzet bunun 2015-ci ildən bəri ən yüksək göstərici olduğunu yazıb.
Kriminalist alim Endrü Viler qeyd edib ki, ictimaiyyətin neqativ reaksiyasına baxmayaraq, polis son illərdə silahdan daha çox istifadə edir.
“Vaşinqton Post”un statistikasına görə, son yeddi il ərzində ABŞ polisləri 3 dəfə 10 yaşından kiçik uşaqları güllələyiblər.
Hesabata görə, 2021-ci ildə polisin həlak etdiyi 1055 nəfərin 1 faizini uşaqlar təşkil edir.
Hürr Tərcüman