ABŞ Polşaya 2 milyard dollar kredit verir - səbəbi
2024-03-13 14:19:10
Hurriyyet.az "Ukrainskaya Pravda" nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatların Polşanın müdafiə ehtiyaclarını ödəməsi üçün 2 milyard dollar məbləğində kredit ayıracağını bəyan edib. Bayden bu açıqlamanı Ağ Evdə Polşa Prezidenti Andjey Duda və Polşanın Baş naziri Donald Tusk ilə görüşdən sonra verib.
Vaşiqton Varşavaya 96 ədəd AH-64 Apache vertolyotları da verməyə hazırlaşır.
Hürr Tərcüman