ABŞ Polşaya 2,5 min nəfərə qədər əlavə hərbi qüvvə göndərməyə hazırlaşır – Rusiya təhdidinə qarşı
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Vaşinqton Polşaya 2,5 min nəfərə qədər hərbçi göndərməyə hazırlaşır. Bu barədə açıqlamanı Polşa Respublikasının Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox Polşa radiosunun efirində verib. Solox deyib: “Biz Amerika əsgərlərinə ümid bəsləyirik və bu barədə danışıqlar aparmışıq. Amerikalılar ümumilikdə Şərqi Avropa ərazisinə 8-8,5 min əsgər göndərəcəklərini bu gün rəsmən elan ediblər. Belə görünür ki, bizə 2,5 min nəfərə qədər əlavə hərbi qüvvə göndəriləcək”.
Hazırda Polşada 5,5 min nəfərə qədər Amerika hərbçisi var.
Son günlərdə Vaşinqton ilə Brüssel Moskvanı Ukraynaya hərbi müdaxiləyə hazırlaşmaqda ittiham edir və Şərqi Avropadakı hərbi varlıqlarını gücləndirməyə çalışırlar.
Hürr Tərcüman