ABŞ prezidenti Bayden yenə dünyaya meydan oxudu
Co Baydenin sözlərinə görə, bütün dünya ABŞ-ın "dünya tarixinin ən güclü silahlı qüvvələrinə" malik olduğunu bilir. Bu səbəbdən Rusiya və Çin də daxil olmaqla digər ölkələr hərbi sahədə amerikalıları ötüb keçə bilməyəcək.
“Bizi üstələyə biləcəklərindən narahat olmayın. Narahat olmanız lazım olan şey, onları ciddi səhvlərə sövq edəcək hərəkətə keçmələridir”, deyə Co Bayden açıqca adlarını çəkdiyi ölkələrə başda olmaqla bütün dünyaya meydan oxuyub. Bayden vurğulayıb ki, Çinlə soyuq müharibə istəmədir. Bununla belə, Tayvan Çin tərəfdən hərbi təcavüzə məruz qalarsa, ABŞ Tayvanı müdafiə etməyə hazırdır. Daha əvvəl də ABŞ-ın “RAND Corparation” qurumu ABŞ-ın hərbi gücünə görə Rusiya və Çindən üstün olduğunu bildirmişdi. Ayrı-ayrılıqda vurğulanır ki, Moskva və Pekinin birgə hərbi gücü Vaşinqtonun hərbi gücü ilə müqayisədə 0.41-ə uyğundur ki, bu da onların ABŞ-dan geri qaldıqlarını göstərir.
Ülviyye, Hurriyyet.az