📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ prezidenti Baydenin İsrail baş naziri Netanyahu ilə bağlı açıqlamaları maraq doğurub.

2024-06-05 11:13:42

ABŞ prezidenti Baydenin İsrail baş naziri Netanyahu ilə bağlı açıqlamaları maraq doğurub.

Hurriyyet.az

ABŞ prezidenti Bayden, sərhəd təhlükəsizliyi ilə bağlı yeni tədbirləri açıqladığı Ağ Evdəki mətbuat konfransında Netanyahu ilə bağlı son qiymətləndirməsini şərh etdi.

“Time” jurnalına verdiyi müsahibədə Netanyahunun öz siyasi gələcəyi üçün müharibəni uzatdığını eyham edən Baydendən bu barədə nə düşündüyünü soruşublar.

Bayden: "Sizcə Netanyahu müharibədən siyasi material kimi istifadə edir?" "Mən belə düşünmürəm. O (Netanyahu) ciddi problemi həll etməyə çalışır". -deyə cavab verdi./AA

Baydenin bu açıqlaması Amerika mediasında "uyğunsuzluq" kimi şərh edilərkən, Time jurnalında Baydenin sözlərinə istinad edilib.

ABŞ prezidenti Bayden “Time” jurnalına müsahibəsində deyib ki, ictimaiyyətin “İsrailin baş naziri Benyamin Netanyahu öz siyasi gələcəyi üçün Qəzzada müharibəni uzadır” qənaətinə gəlmək üçün hər cür əsas var.