ABŞ prezidenti Baydenin səhhəti ilə bağlı videolar siyasətdə müzakirə mövzusuna çevrilib
ABŞ prezidenti Baydenin səhhəti ilə bağlı videolar siyasətdə müzakirə mövzusuna çevrilib.
ABŞ-da son günlər sosial mediada paylaşılan, ABŞ prezidenti Co Baydenin qocalığına və ruhi sağlamlığına işarə etdiyi iddia edilən videolar Respublikaçılar və Demokratlar arasında mübahisələrə səbəb olur.Ağ Ev Bayden haqqında videoların kəsildiyini və faktları əks etdirmədiyini söyləyərək reaksiya versə də, respublikaçılar öz paylaşımlarında Baydenin əqli və fiziki qabiliyyətlərinin prezidentlik üçün kifayət etmədiyini iddia ediblər.
Demokratlar iddia edirlər ki, videolar süni intellektdən istifadə etməsə də, Baydenin ondan fərqli görünməsi üçün montajlarla manipulyasiya edilib.Baydenin Normandiya enişinin ildönümündə iştirak etdiyi mərasimdə “mövcud olmayan stulda oturmağa çalışdığını” iddia edən Respublikaçı Milli Komitənin paylaşdığı video görüntülərdə əslində bir stul olduğunu və Bayden oturmasını görmək mümkündür..
Eyni şəkildə sosial mediada yayılan videonun tam versiyasında Baydenin G7 Sammiti görüşü üçün İtaliyada olarkən dünya liderləri ilə paraşüt nümayişinə baxarkən fərqində deyilmiş kimi qrupdan ayrıldığı anlaşılır. Bayden videoda görünməyən paraşütlə tullananları salamlamaq üçün liderlər qrupundan uzaqlaşır..