📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ prezidenti və Konqres silah lobbisi ilə BACARA BİLMİR

2023-10-26 13:33:55

ABŞ prezidenti və Konqres silah lobbisi ilə BACARA BİLMİR

Elxan Şahinoğlu: "ABŞ Konstitusiyasına əsaslanan silah lobbisi hər bir insanın silah almaq hüququndan dəm vurur, əslində isə söhbət milyardlarla dollar qazancdan gedir"

"Amerika qəribə ölkədir, hər il məktəblərdə qətliamlar baş verir, əli silahlılar hara gəldi atəş açırlar. Buna baxmayaraq, dövlət açıq silah satışını məhdualaşdıra bilmir. Növbəti qətliam Meyn ştatının Lyuston şəhərində baş verib. 40 yaşlı keçmiş hərbçi boulinq meydançasına və mağazaya daxil olaraq avtomat silahla 20 nəfərdən çox insanı öldürüb, 50 nəfərə yaxın yaralayıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Polisin qatili hələ ələ keçirə bilmədiyini qeyd edən politoloqun fikrincə, bu, o deməkdir ki, qatil şəhərdə başqa qətllər də törədə bilər: "ABŞ-da silah lobbisi o qədər güclüdür ki, ölkə prezidenti və Konqresi silah satışına qadağa qoya bilmir. ABŞ Konstitusiyasına əsaslanan silah lobbisi hər bir insanın silah almaq hüququndan dəm vurur, əslində isə söhbət milyardlarla dollar qazancdan gedir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az