📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ: “Putinə təşəkkür edirik”

2023-04-04 17:54:00

ABŞ: “Putinə təşəkkür edirik”

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ Xarici İşlər naziri Entoni Blinken Ukraynada müharibəyə başlamaqla, Finlandiyanın təhlükəsizlik təhdidinə qarşı NATO-nun üzvlüyünə qəbul olmasına səbəb olduğu üçün Rusiya Prezidenti Vladimir Putinə istehzalı şəkildə təşəkkürünü bildirib.

Bəlli olduğu kimi, 2023-cü il aprelin 4-də Finlandiya NATO-nun 31-cü üzvü olub.

Bu gün Brüsseldə NATO-nun XİN rəhbərlərinin iclası keçirilib. İclasdan əvvəl ABŞ Xarici İşlər naziri Entoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberq ilə birlikdə  mətuat konfransı keçirib.

Konfransda çıxış edən Blinken deyib: “Bir azdan Finlandiyanı İttifaqa, masadakı kürsüsünə dəvət edəcəyik. Bunun bəlkə də Putinə təşəkkür edə biləcəyimiz yeganə şey ola biləcəyini söyləmək istəyirəm. Çünki o, qarşısını almağa çalışdığı bir şeyin reallaşmasını öz təcavüzkarlığı ilə özü sürətləndirdi. Bir çox ölkələrin öz müdafiələrini təmin eləmək və Rusiyanın gələcəkdəki təcavüzkarlığını dəf eləməkdən əmin olmaq üçün daha artığını eləmələrinin lazım olduğuna inanmasına səbəb oldu”.

Hürr Tərcüman