ABŞ Qara dəniz bölgəsi üçün strategiya hazırlayır
ABŞ administrasiyası iyun ayına qədər Qara dəniz regionu üçün siyasi və iqtisadi komponentlər də daxil olmaqla strategiya hazırlamaq niyyətindədir. TASS bildirir ki, bunu çərşənbə günü ABŞ dövlət katibi Entoni Blinken ABŞ Konqresinin Senatının Təxsisatlar Komitəsində dinləmələrdə çıxışı zamanı deyib.
"Düşünürəm ki, qanun layihəsinin son müddəti var, bu iyun ayıdır. O vaxta qədər biz onu hazır edəcəyik", deyə dövlət katibi bununla bağlı suala cavab verib.
Blinken xatırladıb ki, Qara dənizə çıxışı olan altı ölkədən üç dövlət NATO-nun üzvüdür və “Ukrayna açıq-aydın ABŞ-ın mühüm dostudur”. Bu baxımdan, ABŞ-ın Qara dəniz strategiyası bu ölkələrlə təkcə təhlükəsizlik aspektlərinə deyil, həm də siyasi qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə, iqtisadi əməkdaşlığın intensivləşdirilməsinə, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsinə diqqət yetirəcək”.
Dövlət katibi vurğulay;b ki, ABŞ hazırda “Qara dəniz regionuna daha əhatəli yanaşmaya diqqət yetirir”, belə ki, onun sözlərinə görə, bu, “Kaliforniya ştatından daha böyükdür”. Blinken bildirib ki, müttəfiq ölkələr, xüsusən də Rumıniya artıq Vaşinqtonla regiondakı vəziyyətlə bağlı fikirlərini bölüşürlər ki, bu da strategiya tərtib edilərkən nəzərə alınır.
Ülviyyə, Hurriyyet.az