📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Qarabağda xüsusi missiya yaratmaq istəyir

2023-09-26 11:12:45

ABŞ Qarabağda xüsusi missiya yaratmaq istəyir

“Getmək istəyənlər gedə bilərlər”

Hurriyyet.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Mettyü Miller İrəvandakı səfəri zamanı çıxışında ABŞ-ın Qarabağdakı vəziyyətə nəzarət edəcək beynəlxalq missiyanın yaradılması niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, hazırda belə bir missiya ilə bağlı fəal müzakirələr aparılır. O  bəyan edib ki, Vaşinqtonun fikrincə, Rusiya “təhlükəsizlik sahəsində etibarlı tərəfdaş deyil”.

Azərbaycanın antiterror əməliyyatı ilə bağlı Miller belə deyib: “ABŞ Azərbaycanın son irimiqyaslı hücumundan sonrakı vəziyyətdən narahatdır və hesab edirik ki, həm Qarabağı tərk edən ermənilərin, həm də orada qalanların hüquqları təmin edilməlidir”.

“Qarabağı tərk etmək istəyənlərin və evinə qayıtmaq istəyənlərin hamısı üçün təhlükəsiz keçid təmin edilməlidir və buna üçüncü, müstəqil tərəf nəzarət eləməlidir. Azərbaycan mülki əhalinin müdafiəsi və müharibədə iştirakında şübhəli hesab elədiyi şəxslər (terrorçular nəzərdə tutulur - red.) də daxil olmaqla, hər kəslə humanist münasibətin təmin edilməsinə görə məsuliyyət daşıyır”.

Hürr Tərcüman