📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ rəsmiləri: Netanyahunun bəyanatları Hizbullahla müharibənin qarşısını almaq səylərinə zərər verir

2024-06-20 09:50:26

ABŞ rəsmiləri: Netanyahunun bəyanatları Hizbullahla müharibənin qarşısını almaq səylərinə zərər verir

İsrailin baş naziri Netanyahunun ABŞ-ın silah tədarükünü gecikdirdiyinə dair bəyanatları Livan sərhədində gərginliyi azaltmaq və Hizbullah ilə müharibənin qarşısını almaq üçün ABŞ-İsrail diplomatik səylərinə mane olur. Bu barədə “Axios” Bayden administrasiyasının üç rəsmisinə istinadən xəbər verir.

Qeyd olunur ki, Netanyahunun hərəkətləri iki müttəfiq arasında problemlər yaradır. Rəsmilərin sözlərinə görə, bu, xüsusilə Hizbullah lideri Nəsrullah və təşkilatın gözündə İsrailin bölgədəki çəkindirici gücünü daha da sarsıdır.

Ülviyyə, Hurriyyet.az