ABŞ rəsmisi Cek Sallivan: “Dünya İran həqiqətlərini görür. Etirazçılar İran vətəndaşlarıdır”
2022-10-11 14:47:00
Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan öz Tvitter hesabında yazıb: “Dünya İrandakı hadisələri izləyir. Həftə sonu günahsız nümayişçilər, o cümlədən gənc qız güllələnib. İran prezidenti etirazçıları “milçəklər”ə bənzədib.
Bu etirazçılar öz insan ləyaqətinə və əsas hüquqlarına nail olmağa çalışan qadın və qızların başçılıq etdiyi İran vətəndaşlarıdır”.
"Biz onların yanındayıq və səslərini susdurmaq üçün əsassız yerə zorakılıqdan istifadə edənləri günahkar hesab edirik”, deyə o, əlavə edib.
Ülviyyə, Hurriyyet.az