ABŞ rəsmisi: Gürcüstana dayandırılan yardım QHT və mediaya gedəcək
2024-08-01 12:33:53
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, Gürcüstana dayandırılan maliyyə yardımı QHT-lərə və mediaya dəstək üçün gedəcək.
O, “Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqına fayda verən proqramları və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik”, deyə açıqlamanı şərh edib.
Patel həmçinin Tbilisini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb.
Ülviyyə, Hurriyyet.az