📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ rəsmisi Metyu Miller: “Ermənistanla Azərbaycan arasında sülh çox yaxındır, razılaşma mövcuddur”

2023-07-13 13:04:00

ABŞ rəsmisi Metyu Miller: “Ermənistanla Azərbaycan arasında sülh çox yaxındır, razılaşma mövcuddur”

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller may ayından Azərbaycanla Ermənistan arasında eşidilən sülhə dair bəyanatı şərh edib: “Ermənistanla Azərbaycan arasında sülh çox yaxındır, razılaşma mövcuddur”.

Bunun konkret nə demək olduğunu və konkret müddətlərin olub-olmadığı sualına gəldikdə isə Miller zaman periodu haqqında danışmaqdan imtina edərək deyib: “Sülh mqaviləsi əlimizdə olanda nə demək istədiyimizi açıqlayacağam. Bu o deməkdir ki, onlar bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Sonuncu görüşdə həll edilməmiş məsələlərin sayını azaltdılar. Ona görə də düşünürük ki, həll edilməli olan daha az problemlə razılaşma əldə etmək olar, lakin bu, əlbəttə ki, hər iki tərəfin güzəştə getməyə hazır olmasını ehtiva edir”.

Ermənistan mətbuatı isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfərinin ilk nəticələri barədə məlumat yayıb. Onların məlumatlarına görə, Qriqoryan və Ceyk Sallivan arasında keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunub. Armen Qriqoryana Vaşinqton və Bakıdan 7 tələb təqdim olunub:

1. Sülh müqaviləsi ilin sonuna qədər və yalnız Vaşinqtonda imzalanmalıdır.

2. Ermənistan cənub rayonlarında 65 000 azərbaycanlı qaçqını qəbul etməyi öhdəsinə götürür.

3. Sünikdə Bakıya tabe müəyyən qurum açılsın ki, Ermənistandakı azərbaycanlıların təhlükəsizlik problemlərini həll etsin.

4. Ermənistan 2026-cı ilə qədər Rusiya bazasını çıxarmağı və onu Şərq Tərəfdaşlığı proqramı çərçivəsində NATO-nun təlim bölmələri ilə əvəzləməyi öhdəsinə götürür.

5. Anklavlar məsələsi-Ermənistan SSRİ dövründə tərkibində olan anklavları Azərbaycana verməyi öhdəsinə götürür.

6. Beynəlxalq gömrük təşkilatının iştirakı ilə Zəngəzur dəhlizinin açılışı baş tutmalıdır.

7. Dağlıq Qarabağdan imtina

Ülviyyə, Hurriyyet.az