ABŞ rəsmisi Ned Prays "Gürcü arzusu" partiyasını qərəzli qanun layihəsini rəsmən ləğv etməyə çağırdı
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Gürcüstanda xarici agentlər haqda qanun layihəsinin geri götürülməsini alqışlayıb və “Biz qanun layihəsinin geri götürülməsi qərarını alqışlayırıq, hakim partiyanı bu qanunu rəsmən geri götürməyə çağırırıq, çünki bu, Gürcüstan və Avro-Atlantik dəyərlərinə uyğun gəlmir” ifadələri ilə imtinanı rəsmiləşdirməyə çağırıb.
“Aydındır ki, gürcü xalqı bir daha açıq şəkildə bəyan etdi ki, Gürcüstan üçün yeganə seçim təhlükəsiz və firavan Avropa gələcəyidir.
Qanun layihəsinin geri götürülməsi qərarını alqışlayırıq. Biz hakim partiyanı bu qanunu rəsmi olaraq ləğv etməyə çağırırıq, çünki bu, Gürcüstan və Avro-Atlantik dəyərlərinə və fundamental azadlıqların qorunmasına uyğun gəlmir. Biz Gürcüstanın siyasi liderlərini gürcü xalqının yekdil istəyi olan Aİ-yə namizəd statusuna nail olmaq üçün lazım olan islahatlar üzərində birgə işləməyə çağırırıq.
Təkcə son bir neçə həftədə deyil, bir neçə onillikdə gürcü xalqı demokratik, firavan və Avro-Atlantik regiona inteqrasiya olunmuş Gürcüstan görmək arzusunu çox açıq şəkildə ifadə etdi. Yenə də etdilər. Amerika Birləşmiş Ştatları bu səylərdə tərəfdaş olmağa davam edəcək”, deyə Ned Prays bildirib.
Ülviyyə, Hurriyyet.az