ABŞ rəsmisi Nensi Pelosidən İsrailə dəstək mesajı: "İsrail 20-ci əsrin ən böyük siyasi nailiyyətidir "
ABŞ parlamentinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İsrailə səfər edib və dəstək mesajı verib.
Nensi Pelosi belə deyib: “İsrail 20-ci əsrin ən böyük siyasi nailiyyətidir və ABŞ onun ən qədim müttəfiqi olmaqdan qürur duyur. ABŞ-ın İsrailin təhlükəsizliyinə və regional sabitliyinə dəstəyi danılmaz olaraq qalır. Nümayəndələr Palatası ötən ilin sentyabrında Dəmir Günbəz üçün əlavə maliyyələşdirməni qürurla təsdiqlədi və biz bunu tezliklə Senatda təsdiqləyəcəyimizə ümid edirik.
Biz regionda həm İrandan qaynaqlanan terrorda, həm də nüvə silahının hazırlanmasına qarşı mübarizədə birlikdəyik. Nüvə İranı təhlükəsi qlobal xarakter daşıyır və İsrailin İrana yaxınlığı bizim hamımız üçün ortaq məsuliyyətdir. Nümayəndə heyətimiz ABŞ-ın ədalətli və davam edən iki dövlətli həll - İsrailin, Fələstin Administrasiyasının və onların qonşularının sabitliyini və təhlükəsizliyini gücləndirən həllə sadiqliyini vurğulamaq üçün buradadır. ABŞ bu həlli inkişaf etdirmək üçün İsraillə işləməyə davam edəcək”.
Ülviyyə, Hurriyyet.az