📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ rəsmisi: Vaşinqton Rusiyadan getmiş türküstanlılara kömək edəcək

2024-07-24 10:44:05

ABŞ rəsmisi: Vaşinqton Rusiyadan getmiş türküstanlılara kömək edəcək

Vaşinqton Rusiya Federasiyasını tərk etmiş Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına kömək etmək niyyətindədir. 

“Mərkəzi Asiya ölkələrinin yerli sakinləri Rusiya Federasiyasından deportasiya olunmalarından və orada ayrı-seçkiliyə və zorakılığa məruz qalmalarından narazıdırlar. Biz (ABŞ) Rusiya Federasiyasından qayıdan vətəndaşlar üçün Mərkəzi Asiya ölkələrində iş yerlərinin yaradılmasına pul xərcləmək istəyirik ki, onlar öz ölkələrində tələbat olsunlar”, deyə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Konqres Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

O qeyd edib ki, 2025-ci il üçün Bayden administrasiyası Rusiya Federasiyası və Çindən regiona artan təzyiqləri azaltmaq üçün ABŞ Konqresindən Mərkəzi Asiya ölkələri üçün 220,7 milyon dollar istəyib. Onun sözlərinə görə, vəsaitin bir hissəsi Mərkəzi Asiyadan olan miqrantların Amerika sərhədindən keçməsini məhdudlaşdırmaq üçün istifadə olunacaq.

Ülviyyə, Hurriyyet.az