ABŞ Rusiya ilə müharibəyə qoşulmamaq üçün Ukraynaya "yox" dedi
2023-07-12 10:48:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Dövlət Departmanetinin mətbuat xidmətinin rəhbəri Mettyü Miller müharibənin davam elədiyi müddətdə Ukraynanın NATO-ya daxil olmayacağını bildirib. Onun sözlərinə görə, indiki vəziyyətdə Ukraynanın alyansın üzvünə çevrilməsi Birləşmiş Ştatların Rusiya ilə savaşması demək olardı.
O, deyib: “Müharibə vəziyyətində olan Ukraynanı indi NATO-ya qəbul eləmək məqsədəuyğun olmaz, bu, Birləşmiş Ştatların Rusiya ilə müharibəyə qoşulması demək olar”.
Millerin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden vəzifədə qaldığı müddətdə bunun baş verməyəcəyini lap əvvəldən deyib.
Hürr Tərcüman