📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ, Rusiya və Çin arasında heç vaxt nüvə müharibəsi olmayacaq

2026-11-19 17:09:48

ABŞ, Rusiya və Çin arasında heç vaxt nüvə müharibəsi olmayacaq

Çin, ABŞ və Rusiya nüvə risklərinin azaldılması, nüvə silahlarının yayılmasının qarşısının alınması və beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə Çin dövlət mediası üç ölkə liderlərinin üçtərəfli görüşündən sonra qəbul edilən birgə bəyanata istinadən məlumat yayıb.

Bəyanata əsasən, tərəflər nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəliblər.

Sənəddə, həmçinin üç ölkənin emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırdığı bildirilib.

Liderlər indiyədək analoqu olmayan üçtərəfli görüş çərçivəsində strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını da bəyan ediblər.