ABŞ Rusiyadan idxal olunan mineral gübrələrə sanksiyaları ləğv etdi
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyadan gələn mineral gübrələrin sanksiya siyahısına daxil edilməsini istisna edən yeni ümumi lisenziya dərc edib. Bu barədə "Kommersant" yazır.
Bazar ekspertləri hesab edirlər ki, ABŞ hakimiyyətinin bu qərarı kimyəvi məhsulların qıtlığı riskləri ilə bağlıdır və indi Avropada ABŞ nümunəsini izləmək olar.
Sənəddə mineral gübrələr kənd təsərrüfatı məhsulları, dərmanlar və tibbi cihazlar kimi zəruri məhsullarla eyniləşdirilir. Ekspertlərin fikrincə, lisenziya siyahıya daxil edilmiş mallarla istənilən ticarət əməliyyatlarına icazə verir. Bazar nümayəndələri də əmin olduqlarını bildiriblər ki, Rusiya sənayesinə qarşı məhdudiyyətlərin bu cür yumşaldılması mühüm siqnal sayıla bilər. “Maliyyə Nazirliyinin sənədi ekstraterritorial xarakter daşıyır, yəni çox güman ki, bütün Amerika müttəfiqləri ona əməl edəcək”, deyə “Kommersant”ın həmsöhbətlərindən biri deyib.
Ülviyyə, Hurriyyet.az