ABŞ Rusiyadan neft idxalını qadağan etdi
2022-04-09 14:06:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Rusiyadan enerji daşıyıcılarının qadağan edilməsi barəsində ABŞ Konqresi tərəfindən qəbul edilən, “Rusiya neftinin idxalının dayandırılması barəsində qanun” layihəsini təsdiqləyib. Bu barədə açıqlamanı Ağ Ev verib.
Bayden həmçinin Rusiya və Belarusla normal ticarət əlaqələrinin kəsilməsi barəsindək qarun layihəsini də təsdiqləyib. Bu qanunun qəbul edilməsi ABŞ administrasiyasına Moskva ilə Minskə qarşı digər Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzvü olan ölkələrdən daha yüksək rüsumlar tətbiq eləməyə imkan verir.
Amerika Konqressinin hər iki palatası aprelin 7-də yuxarıda adı çəkilən qanun layihələrinin lehinə səs veriblər.
Hürr Tərcüman