ABŞ Rusiyanın başının Ukraynada qarışdığı vaxtda hipersəs silahını sınaqdan keçirdi
ABŞ martın ortalarında uğurlu hipersəs raket sınağı keçirdi, lakin Rusiya ilə gərginliyin artmasının qarşısını almaq üçün bunu gizli saxladı. Bu barədə "CNN" çərşənbə axşamı bildirib.
"CNN"nin xəbər verdiyinə görə, müdafiə rəsmisi bildirib ki, "Lockheed Martin" Hipersonik Hava Reaktiv Silah (HAWC) B-52 bombardmançı təyyarəsindən 65.000 fut hündürlükdən və 300 mildən çox məsafəyə uçaraq buraxılıb. Raketin dəqiq nə qədər sürətlə uçduğu bəlli deyil.
ABŞ-ın sınaqdan keçirdiyi HAWC raketinin döyüş başlığı yoxdur və onun əvəzinə hədəfi məhv etmək üçün kinetik enerjisindən istifadə edir. Sınaq HAWC raketinin ikinci uğurlu sınağıdır. Birincisi ötən 2021-ci ilin sentyabrında ABŞ Hərbi Hava Qüvvələrinin "Northrop Grumman scramjet" mühərriki ilə təchiz edilmiş "Raytheon HAWC" təyyarəsini sınaqdan keçirməsi ilə həyata keçirilib.
Sınaq ABŞ prezidenti Co Baydenin Avropadakı NATO müttəfiqlərinə səfərə hazırlaşdığı vaxt keçirilib. Cümə günü ABŞ Rusiya ilə gərginliyin artmasının qarşısını almaq üçün “Minuteman III” qitələrarası ballistik raketinin sınağını ləğv edib.
Ülviyyə, Hurriyyet.az