ABŞ: Rusiyanın xəbərdarlığı heç nəyi dəyişmir!
2022-04-15 09:38:00
Rusiyanın Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, ABŞ-ın NATO və onun açıq qapı siyasəti dəyişmir.
Hurriyyet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
"Heç bir dəyişiklik yoxdur, çünki biz hesab edirik ki, NATO-nun açıq qapı siyasəti elə açıq qapı siyasətidir. Üzvlüyün necə olacağına isə NATO və yalnız NATO qərar verəcək", - deyə Prays bildirib.