📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq etdi - TƏSDİQLƏNDİ

2024-02-23 16:27:21

ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq etdi - TƏSDİQLƏNDİ

ABŞ Prezidenti Co Bayden Ukrayna hadisələri və Aleksey Navalnının ölümü ilə əlaqədar Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq edilməsini təsdiqləyib. 

Hurriyyet.az xəbər ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.

“Bu gün Ukraynadakı müharibəyə və Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiyalar elan edirəm. Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxslərə, eləcə də Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesi bazasına, tədarük şəbəkələrinə və bir çox qitələrdə sanksiyalardan yayınanlara qarşıdır.

Biz həmçinin Rusiyanın döyüş maşınına gizli dəstək göstərən 100-ə yaxın təşkilata yeni ixrac məhdudiyyətləri tətbiq edirik. Biz Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün tədbirlər görürük”, - deyə Bayden bildirib.

AzPolitika.info