📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Rusiyaya qəti cavab verməyə hazırdır - Bayden

2022-02-16 09:50:00

ABŞ Rusiyaya qəti cavab verməyə hazırdır - Bayden

ABŞ-ın Ukraynada raketləri yoxdur və gələcəkdə orada raket yerləşdirmək niyyətində deyil.

Hurriyyet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib.

“ABŞ Rusiyanın Ukraynaya qarşı mümkün hərbi müdaxiləsinə də qəti cavab verməyə hazırdır. Eyni zamanda ABŞ hökuməti Rusiya ilə təhlükəsizlik razılaşmaları əldə olunarsa, bunu yazılı formaya salmağa hazırdır”, - Bayden qeyd edib.