ABŞ Rusiyaya sanksiyalar fonunda ondan rekord həcmdə patron aldı
2021-12-15 19:15:00
Hurriyyet.az RBK media şirkətinə istinadən xəbər verir ki, Rusiya ona qarşı sanksiyaların fonunda ABŞ-a son 30 il ərzində rekord sayılacaq miqdarda parton satıb.
ABŞ-ın Rusiyanın atıcı silahlarına qarşı sanksiya tətbiq eləməsinə rəğmən, Rusiyadan bu ölkəyə rekord miqdarda patron satılıb. Rusiyalı istehsalçıların amerikalı tərəfdaşları sanksiyalardakı boşluqdan istifadə edərək idxala davam ediblər.
2021-ci ilin ilk 10 ayı ərzində Rusiyadan ABŞ-a 157,9 milyon dollar qiymətində patron aparılıb.
Maraqlıdır ki, Vaşinqtonun yeni sasnksiyaları odlu atıcı silahların və onun üçün sursatın Rusiyadan idxal edilməsini qadağan edir
Hürr Tərcüman