📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ sanksiyalar qoyduğu Rusiyadan neft almağa başlayıb

2024-01-11 15:19:32

ABŞ sanksiyalar qoyduğu Rusiyadan neft almağa başlayıb

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ 2022-ci ilin aprelindən sonra ilk dəfə 2023-cü ilin noyabr ayında Rusiyadan neft satın alıb.
ABŞ-ın xarici ticarət statistikası ilə bağlı məlumatda 2023-cü ildə 749 min dollar ödənişlə 10 min barrel Rusiya nefti satın alındığı bildirilir. Neftin bir barrelinin74,9 dollara alınması eksperlərin diqqətini cəlb edib.
Ukraynada müharibənin başlanmasından az sonra ABŞ Rusiyanın energetika sektoruna qarşı sanksiyalar tətbiq eləməyə başlamış, 2022-ci ilin aprelində bu ölkədən neft idxalını dayandırmışdı.
G-7 ölkələri 2022-ci ilin dekabrında Rusiya neftiin bir barrelini 60 dollardan yuxarı qiymətə satın almamağı qərara almışdılar.
Hürr Tərcüman